Donald Tramp sui-qəsdə uğrayıb - Yenilənib, Foto, Video

Donald Trampa qarşı sui-qəsd zamanı bir nəfər həlak olub, Trampa atəş açan şəxs isə öldürülüb...

APA xəbər verir ki, “The Washington Post“un prokurorluğa istinadən yaydığı məlumata görə hadisə zamanı şübhəli bilinən şəxs polis tərəfindən zərərsizləşdirilib.

“The New York Times“ qəzetinin Trampın sözçüsü Stiven Çuna istinadən yaydığı məlumatda isə onun yaralanandan sonra tibbi müayinədən keçdiyi və vəziyyətinin yaxşı olduğu bildirilir.

***

ABŞ-da sabiq preizdent və prezidentliyə namizəd Donald Tramp sui-qəsdə uğrayıb.

APA xəbər verir ki, Donald Tramp Pensilvaniyada keçirilən mitinqdə çıxışı zamanı ona atəş açılıb.

Hadisədən sonra Tramp təhlükəsizlik tədbirləri ilə ərazidən uzaqlaşdırılıb. Hadisəyə dair videonu təqdim edirik:

Poliqon.info