"Neftçi" ilk yoxlama matçında qələbə qazanıb

Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyununu keçirib...

"Report" xəbər verir ki, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda qardaş ölkənin Superliqa təmsilçisi “Alanyaspor”la üz-üzə gəlib.

Görüş bakılıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, toplanış çərçivəsində “ağ-qaralar” daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır.

Poliqon.info