Peskov: "Avropa paytaxtları potensial qurbanlara çevriləcəklər"

"Avropa çətin dövr keçirir, o, çökmək təhlükəsi qarşısındadır"...

Oxu.Az xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

O, ABŞ-nin uzaqmənzilli raketlərinin Avropada yerləşdirilməsinə də münasibət bildirərək qeyd edib ki, Rusiyanın Birləşmiş Ştatlara cavab vermək üçün kifayət qədər potensialı var.

"Lakin belə olan halda Avropa paytaxtları potensial qurbanlara çevriləcəklər" - D.Peskov vurğulayıb.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts Yaponiyanın Baş naziri Fumio Kişida ilə birgə mətbuat konfransında bildirib ki, Almaniya ərazisində yeni ABŞ raketlərinin yerləşdirilməsi planları Rusiya ilə gərginliyə səbəb olmayacaq.

Kansler qeyd edib ki, silah çəkindirici funksiyanı yerinə yetirir və əvvəldən arxa cəbhənin təhlükəsizliyinin qorunması üçün nəzərdə tutulub.

Poliqon.info