Mask Trampın seçki kampaniyasına ianə edib

Milyarder İlon Mask respublikaçı Donald Trampın seçki kampaniyasına ianə edib...

Oxu.Az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.

Məlumata görə, ianənin ölçüsü göstərilməsə də, məbləğin əhəmiyyətli dərəcədə böyük olduğu bildirilir. Maskın özü hələlik bu məlumatı şərh etməyib.

May ayında Trampın prezident seçkisində qalib gələcəyi təqdirdə Maskı özünə məsləhətçi etməyə hazır olduğu bildirilmişdi. Bu, iş adamına bəzi iqtisadi və sərhəd təhlükəsizliyi məsələlərinə təsir göstərməyə imkan verəcək.

Poliqon.info