ISW: Ukrayna hərbçiləri cəbhənin müəyyən sektorlarına əks-hücumlar həyata keçirir

Ukrayna qoşunları cəbhənin müəyyən sektorlarında məhdud əks-hücumlar həyata keçirərək taktiki təşəbbüsü ələ keçirməyə çalışır. Onlar Qərbin yardımının gəlişindən asılı olaraq əks hücuma keçə biləcəklər...

Qaynarinfo xəbər verir ki, bu barədə Müharibə Araşfırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Qərb və Amerika rəsmiləri hesab edir ki, Ukrayna qüvvələri növbəti altı ay ərzində müdafiədə qalacaq və 2025-ci ilə qədər genişmiqyaslı əks-hücuma başlaya bilməyəcək.

Bununla belə, ISW hərbi analitikləri qeyd ediblər ki, Ukrayna qoşunları cəbhənin müəyyən sektorlarında məhdud əks-hücumlar həyata keçirməklə artıq taktiki təşəbbüsü ələ keçirməyə çalışır. Onlar Qərbdən gələn yardımın gəlişindən asılı olaraq, əsasən müdafiədə olsalar belə, məhdud əks-hücum əməliyyatları keçirə biləcəklər.

"The New York Times” iyulun 11-də yazıb ki, NATO-nun yüksək rütbəli rəsmisinin dediuinə əsasən, Ukrayna əks-hücum əməliyyatlarına başlamazdan əvvəl daha çox Qərbin təhlükəsizlik yardımını gözləməli və daha çox qüvvəsini cəbhəyə yerləşdirməli olacaq. Və yəqin ki, Ukrayna bu əməliyyatları 2025-ci ilə qədər həyata keçirə bilməyəcək.

ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi bildirib ki, Ukrayna qoşunları qarşıdakı altı ay ərzində (2025-ci ilin yanvarına qədər) müdafiə vəziyyətində qalacaq və Rusiya qüvvələrinin bu müddət ərzində ciddi uğur qazanacağı ehtimalı yoxdur.

ISW daha sonra qeyd edir ki, Rusiya qoşunlarının Ukraynada əməliyyat baxımından əhəmiyyətli uğurlar əldə etmək ehtimalı hələlik azdır və Rusiya lideri Vladimir Putin tərəfindən formalaşdırılan qələbə nəzəriyyəsi sürətli, əməliyyat baxımından əhəmiyyətli manevr etməkdənsə, rus qoşunlarının ardıcıl, tədricən sürünərək irəliləməsinə yönəlib.

Ukrayna hazırda kadr məsələlərini həll edir və bir neçə yeni briqada formalaşdırır. Bu briqadaları təchiz etmək üçün lazım olan Qərbin təhlükəsizlik yardımının göstərilməsi Ukraynanın nə vaxt və hansı miqyasda əks-hücuma keçə biləcəyini müəyyən edəcək.

Ukraynanın daha kiçik miqyaslı əks-hücum əməliyyatları əməliyyat baxımından vacib məqsədlərə çətinlik çəkmədən nail olmaq üçün imkanlar təklif edir. Onlar Ukraynaya imkan verəcək ki, Rusiyanın təşəbbüsündən bütün əməliyyatlar zamanı istifadə etmək qabiliyyətini sarsıtmağa və Ukrayna qüvvələrinə təzyiqləri daha tez azaltmağa başlasın.

Bununla belə, Ukraynanın bu əməliyyatları mütləq tək bir genişmiqyaslı səy olmayacaq, əksinə, 2024-cü ilin sonunda və 2025-ci ildə baş tutacaq bir sıra kompleks əks-hücum əməliyyatları ola bilər.

Poliqon.info