Rusiyada təyyarə qəzaya uğrayıb, ekipaj üzvləri həlak olub - Yenilənib

Rusiyanın Kolomna şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin 3 ekipaj üzvü həlak olub.

APA xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

 

***

Rusiyanın Kolomna şəhəri yaxınlığında təyyarə qəzaya uğrayıb.

APA RİA “Novosti”yə istinadən xəbər verir ki, təyyarədə yalnız 3 ekipaj üzvü olub.

Təyyarənin düşdüyü yer hələ müəyyənləşdirilməyib.

Təyyarənin planlı təmirdən sonra test uçuşu həyata keçirdiyi bildirilib.

Poliqon.info