NATO-nun yardımları, Qərbin radikal addımları... - Ukrayna-Rusiya müharibəsi yeni mərhələyə keçir?

NATO-nun sammitində müzakirə predmetlərinindən biri də Rusiya-Ukrayna məsələsi olub...

Politoloq: “Artıq Rusiya-Ukrayna müharibəsi Qərbin Kollektiv şəkildə birləşməsinə, NATO-nun da inkişaf etməsinə gətirib çıxarır”.

“NATO-nun 75-ci zirvə toplantısında Ukrayna və Rusiya ilə bağlı alınan qərarlar əlbəttə ki, Rusiyanın strateji məğlubiyyətinə hesablanıb”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə NATO sammitində Ukrayna-Rusiya müharibəsinin müzakirə edilməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, iyulun 10-u Vaşinqtonda NATO-nun növbəti sammiti keçirildi. Sammitin müzakirə predmetlərinindən biri də Rusiya-Ukrayna məsələsi, yəni Ukraynaya yeni hərbi dəstəyin verilməsi idi. Müzakirə zamanı Böyük Britaniyanın yeni baş naziri Kim Starmer Ukraynaya verilən silahın hansı məqsədlə istifadə ediləcəyinə yanlız özü qərar verə biləcəyini bildirdi. Bununla yanaşı, NATO Ukraynaya bir il ərzində 40 milyard avro məbləğində hərbi yardım göstərəcəyi təsdiqləndi.

NATO-nun bu yardımları və ümumiyyətlə, Qərbin son vaxtlar daha radikal addımlar atmaq səyləri Ukrayna-Rusiya müharibəsində yeni mərhələnin başlancağı ola bilərmi?

Rusiya-Ukrayna müharibəsinin indiki vəziyyətini Poliqon-un əməkdaşı Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazdə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçib və bu müharibə dünyanın siyasi nizamını şəkilləndirəcək”.

Hələ bir müddət də Qərb koalisiyasının müharibəni davam edirəcəyini proqnoz edən politoloq Poliqon-a bildirib ki, getdikcə Rusiyanın imkanları zəifləməlidir:

“Artıq Rusiya-Ukrayna müharibəsi Qərbin Kollektiv şəkildə birləşməsinə, NATO-nun da inkişaf etməsinə gətirib çıxarıb. ABŞ-da bunu planlaşdırırdı. Göründüyü kimi, ABŞ strateji planını həyata keçirməklə dünyada siyasi nizam yaratmaq istəyir.

NATO-nun 75-ci zirvə toplantısında Ukrayna və Rusiya ilə bağlı alınan qərarlar əlbəttə ki, Rusiyanın strateji məğlubiyyətinə hesablanıb. Buna görə də, Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə başlayıb və bu müharibə dünyanın siyasi nizamını şəkilləndirəcək. Birqütblü dünyanın yaranması üçün ABŞ və NATO mühüm addımlar atacaq.

Düşünürəm ki, NATO-nun yardımları və Qərbin bu istiqamətdə birləşməsi Rusiyanın həm taktiki, həm də strateji məğlubiyyəti ilə nəticələnəcək. Hələ bir müddət də Qərb koalisiyası müharibəni davam edirəcək. Çünki getdikcə Rusiyanın imkanları zəifləməlidir. Qərb nə atəşkəs, nə də sülh üçün heç bir danışıqlara getməyəcək”.

Nərminə UMUDLU Poliqon.info