Paris Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb

Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb...

"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə yarışın təşkilat komitəsinin rəhbəri Toni Estanq bildirib.

T.Estanq Fransanın paytaxtında baş tutacaq Olimpiya Oyunlarına 8,6 milyon bilet, Paralimpiya Oyunlarına isə 1 milyondan çox bilet satıldığını və bunun rekord göstərici olduğunu söyləyib. O, bundan əvvəlki rekordun (8,3 milyon bilet) ABŞ-nin Atalanta şəhərində keçirilən olimpiadaya məxsus olduğunu vurğulayıb.

Qeyd edək ki, Paris-2024 iyulun 26-dan avqustun 11-nə, paralimpiada isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

Poliqon.info