Azərbaycanla Pakistanın siyasi və iqtisadi əməkdaşlığı qənaətbəxşdirmi?

Prezident İlham Əliyev qardaş ölkə Pakistana iki günlük rəsmi səfərə gedib...

Politoloq: “Cənab Prezident İlham Əliyevin Pakistana səfəri zamanı ona göstərilən diqqət, yüksək səviyyədə qarşılanma mərasimi çox mühüm bir hadisədir”.

“Biri var dövlətlərarası münasibətlər, biri də var xalqlararası münasibətlər. Pakistanla Azərbaycan arasında xalqlararasında olan münasibətlərdir”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev Pakistan-Azərbaycan münasibətlərini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev qardaş ölkə Pakistana iki günlük rəsmi səfərə gedib. Bu səfər nəylə yadda qalacaq və əsasən hərbi sahədə əməkdaşlıq edən Azərbaycanla Pakistanın siyasi və iqtisadi əməkdaşlığı qənaətbəxşdirmi?

Prezidentin Pakistan səfərini Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Pakistanla Azərbaycanın əlaqələri iqtisadi sferada da genişləndirilir”.

Pakistanın nüvə silahına sahib, Asiyanın yüksələn gücü olduğunu xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, belə bir ölkə ilə Azərbaycanın çox geniş şəkildə əlaqələr qurması mühüm əhəmiyyət kəsb edir:

“Pakistanla Azərbaycanın münasibətlərinin böyük tarixi var. Azərbaycanla Pakistan arasında əlaqələr hətta, ölkəmiz müstəqillik əldə etməmişdən öncə başlamışdı. Pakistan və Azərbaycan xalqları da bir-birinə sıx şəkildə bağlıdır. Yəni biri var dövlətlərarası münasibətlər, biri də var xalqlararası münasibətlər. Pakistanla Azərbaycan arasında xalqlararasında olan münasibətlərdir.

Həm 44 günlük müharibə vaxtı, həm də müharibədən əvvəl biz Pakistanın Azərbaycana qarşı dəstəyini hiss etmişik. Müharibə vaxtı xalqımız Azərbaycan-Türkiyə bayraqları ilə yanaşı, Pakistan bayrağını da qaldırırdılar. Bu da insanların içində olan sevgidir. Eyni zamanda, Pakistanda da Azərbaycana qarşı böyük rəğbət var.

Zeynal Əmrəliyev: “Azərbaycan-Türkiyə-Pakistanın birgə layihələr həyata keçirməsi, üç dövlətin birlikdə qlobal məsələlərlə bağlı ortaq fikirlər irəli sürməsi müsbət haldır”.

Cənab Prezident İlham Əliyevin Pakistana səfəri zamanı ona göstərilən diqqət, yüksək səviyyədə qarşılanma çox mühüm bir hadisədir. Pakistan nüvə silahına sahib, Asiyanın yüksələn gücüdür. Belə bir ölkə ilə Azərbaycanın çox geniş şəkildə əlaqələr qurması mühüm əhəmiyyət kəsb edir. Həmçinin, Pakistanla Azərbaycanın əlaqələri iqtisadi sferada da genişləndirilir. İki ölkə arasında mühüm əlaqələr var.

Azərbaycan-Türkiyə-Pakistanın birgə layihələr həyata keçirməsi, üç dövlətin birlikdə qlobal məsələlərlə bağlı ortaq fikirlər irəli sürməsi müsbət haldır. Eyni zamanda Azərbaycanla Pakistan arasında iqtisadi sferada əlaqələr davam edəcək. Bundan sonra iki ölkə arasında əməkdaşlıq mühiti daha sıx şəkildə davam edəcək”.

Nərminə UMUDLU Poliqon.info