Qubada Birinci Qarabağ müharibəsinin şəhidi İdris Baxışovla vida mərasimi keçirilir

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid İdris Osman oğlu Baxışovun meyitinin qalıqları Quba rayonuna gətirilib...

“Report”un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Quba rayonunun Qənidərə kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, İdris Osman oğlu Baxışov 1973-cü il dekabrın 25-də anadan olub. O, 1993-cü il aprelin 1-də Kəlbəcər rayonunda itkin düşüb.

İ.Baxışov Qənidərə kənd qəbiristanlığında dəfn olunacaq.

Poliqon.info