Meloni və Şolts Baydenin durumundan danışıb - Vəziyyəti necədir?

ABŞ prezidenti Co Bayden yaxşı sammit keçirdi və yaxşı təəssürat yaratdı...

Poliqon xəbər verir ki, bunu İtaliyanın baş naziri Coria Meloni bildirib.

"Biz NATO-nun cənub sərhədlərini müzakirə etdik. Bu mənim üçün prioritetdir. Bayden yaxşı sammit keçirdi, yaxşı təəssürat yaradır", deyə baş nazir vurğulayıb.

Almaniya kansleri Olaf Şolts da Baydenin vəziyyətindən danışıb. Siyasətçi bildirib ki, Amerika seçkiləri ərəfəsində dövlət başçısı öz vəzifələrinin öhdəsindən uğurla gəlir.

"Mən Amerika seçkilərinin nəticəsinin necə olacağını deyə bilən adam deyiləm. Məncə, prezidenti aşağı qiymətləndirmək böyük səhv olardı. O, lazımi işləri uğurla həyata keçirir. Məsələn, NATO alyansının təşkili buna sübutdur", deyə kansler vurğulayıb.

Şolts Baydenin prezidentliyinin son illərdə "çox vacib" olduğunu deyib.

Çərşənbə günü Vaşinqtonda keçirilən NATO sammitində Bayden iki qalmaqallı səhvə yol verib. O, Ukrayna lideri Volodimir Zelenskini "Prezident Putin" adlandırıb və mətbuat konfransında vitse-prezident Kamala Harrislə Donald Trampı səhv salıb.

Poliqon.info