Britaniya Ukraynaya Rusiyanı Storm Shadow raketləri ilə vurmaq icazəsi verməyib

Böyük Britaniya Ukraynaya "Storm Shadow" qanadlı raketlərindən Rusiya ərazisini vurmiaq üçün istifadə etməyə icazə vermədiklərini açıqlayıb...

"Böyük Britaniya hökuməti Kiyevə raketlərin Krım və işğal olunmuş digər Ukrayna ərazilərindəki hədəflərə buraxılmasına icazə verib, lakin bu raketlərin Rusiya daxilindəki hədəfləri vurmaq üçün istifadə edilməsinə qadağa qoyub. Rəsmilər belə bir addımın müharibəni daha da gərginləşdirəcəyindən narahatdırlar. Bu, Britaniyanı Rusiya ilə münaqişəyə cəlb edə bilər", deyə nəşr yazır.

Qeyd olunur ki, mənbələrə görə, Ukrayna Rusiya ərazisinə qanadlı raketlər buraxmazdan əvvəl prezident Volodimir Zelenski "başqa yerdə zəmanət axtarmalı" olacaq.

Onlar əlavə ediblər ki, Rusiyaya strateji raketlərin buraxılması üçün icazə yalnız Böyük Britaniyanın deyil, üç ölkənin razılığını tələb edir.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski iyulun 10-da axşam Rusiyada ona strateji qanadlı raketlərdən istifadəyə icazə verildiyini açıqlamışdı.

O, Böyük Britaniyanın yeni baş naziri Kir Starmerlə görüşdən foto paylaşaraq yazıb: "Bu gün səhər mən Rusiya ərazisində hərbi hədəflərə qarşı "Storm Shadow" raketlərindən istifadəyə icazə verildiyini öyrəndim. Bu gün bu qərarın praktiki icrasını müzakirə etmək imkanımız oldu".

Poliqon.info