UEFA reytinqi: Azərbaycan 25-ci pillədə qərarlaşıb

Qitə kuboklarının I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb...

Azərbaycan 17.000 əmsalla 25-ci pillədə qərarlaşıb.

Buna “Zirə”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında “Şerif”i üstələməsi (1:0) səbəb olub. Bu qələbə ölkəmizə 0,250 əmsal qazandırıb.

Azərbaycan Kipri (16,975) arxada qoyub. 24-ci pillədə Slovakiya (17,125) qərarlaşıb.

Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (89,160) başçılıq edir.

Poliqon.info