Makronun çarəsiz məktubu və fransızların hiddəti...

Fransa prezidenti Emmanuel Makron NATO-nun Vaşinqtonda keçirilən sammitində seçicilərə müraciətlə vətəninə məktub göndərməsi ölkənin siyasi qüvvələrinin hiddətinə səbəb olub...

Poliqon xəbər verir ki, bu barədə The Spectator nəşri məlumat yayıb.

"Buradan çox uzaqda, Vaşinqtondakı NATO sammitindən o, yerli qəzetlərə ümidsiz məktub göndərib. Seçicilərə bu müraciət Fransanı siyasi bataqlığa aparan prezidentin ən səssiz bəyanatıdır", deyə nəşr yazır.

The Spectator qeyd edir ki, məktubda Makron başqa şeylərlə yanaşı, Fransada parlament seçkilərində "heç kəsin qalib gəlmədiyini", əslində solçuların çoxluğu qazandığını qeyd edib.

Nəşrə görə Makronun bu addımı Fransada sağ və sol siyasi qüvvələrin narazılığına səbəb olub.

Məsələn, "Milli Cəbhə" Partiyasının lideri Marin Le Pen baş verənləri "sirk" adlandırıb. Jan-Lük Melenşonun başçılıq etdiyi sol qüvvələrin üzvü Manon Obri isə bəyan edib ki, dövlət başçısı reallıqdan uzaqdır.

Poliqon.info