Ukraynalı diplomat milyarder əri ilə qalmaqaldan sonra istefa verib

Ukraynanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi və xarici işlər nazirinin keçmiş birinci müavini Emine Çaparova milyarder əri Gennadi Boqolyubovun xaricə getməsi ilə bağlı qalmaqaldan sonra istefa ərizəsi verib...

Poliqon xəbər verir ki, bu barədə Emine Çaparova Facebook səhifəsində yazıb.

"Mən özüm üçün qərar verdim ki, Xarici İşlər Nazirliyi sistemində qalmayım və istefama təşəbbüs göstərim. Mən nazir Dmitri Kulebaya müvafiq bəyanat göndərdim", deyə diplomat yazıb.

Çaparovanın sözlərinə görə, o, qanunu pozmayıb və vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməyib. Diplomat həmçinin ailəsi və şəxsən onunla bağlı son hadisələri "ədalətsiz və manipulyasiya" adlandırıb.

İyulun 7-də bildirilib ki, "Privatbank"ın keçmiş səhmdarı Gennadi Boqolyubov Ukraynanı qanunsuz olaraq tərk edə bilər. O, rəsmi olaraq sərhədi keçməyib, lakin rəsmi keçid məntəqələrindən keçmədən, başqasının adına pasportdan istifadə etməklə ölkəni tərk edib. İş adamının Avstriyada ola biləcəyi güman edilir.

Daha sonra Boqolyubov sərhədi qanunsuz keçmək və başqasının pasportunu qanunsuz götürməkdə ittiham olunub. Ukrayna mətbuatı Çaparovanın ərini avtomobillə Kiyev stansiyasına apardığını və orada Polşaya getdiyi qatara mindiyini yazıb.

Poliqon.info