Bayden Zelenskini “Prezident Putin” kimi təqdim edib 

ABŞ prezidenti Co Bayden Vaşinqtonda keçirilən NATO sammitində sözü Ukrayna prezidenti Vladimir Zelenskiyə vermək istəyərkən onu Putinlə səhv salıb...

APA xəbər verir ki, Bayden Zelenskini kürsüyə çağırarkən onu “Ukrayna prezidenti Putin” kimi təqdim edib.

“İndi isə sözü təkcə cəsarəti yox, həm də qətiyyəti olan Ukrayna prezidentinə vermək istəyirəm. Xanımlar və cənablar, prezident Putin”, - deyə Bayden bildirib.

Tamaşaçılar “Prezident Putini” alqışlamağa başlayanda Bayden vəziyyəti düzəltməyə çalışaraq:

“Prezident Putin... O, prezident Putini məğlub edəcək. Prezident Zelenski! Mən Putini məğlub etməyə o qədər diqqət yetirmişəm ki, bundan narahat olmalıyıq”, - deyə Bayden əlavə edib və Zelenskiyə yol verib.

Poliqon.info