Şolts: Bayden öz vəzifələrinin öhdəsindən uğurla gəlir...

Almaniya kansleri seçkilər ərəfəsində Baydeni əqli qabiliyyətini qiymətləndirməyi dayandırmağa çağırıb...
“Amerika seçkiləri ərəfəsində dövlət başçısı öz vəzifələrinin öhdəsindən uğurla gəlir”.

Polqion xəbər verir ki, The Hill qəzetinin yazdığına görə, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Mən Amerika seçkilərinin nəticəsinin necə olacağını deyə bilən adam deyiləm. Məncə, hazırkı prezidentin şanslarını aşağı qiymətləndirmək böyük səhv olardı. O, lazımi işləri uğurla həyata keçirir. Məsələn, NATO sammitinin təşkilibuna sübutdur”, deyə Almaniya kansleri vurğulayıb.

Şolts Baydenin prezidentliyinin son illərdə “çox işgüzar” olduğunu qeyd edib.

Xatırladaq ki, Vaşinqtonda keçirilən NATO sammitində Bayden iki qalmaqallı səhvə yol verib. O, Vladimir Zelenskini “Prezident Putin” adlandırıb və mətbuat konfransında vitse-prezident Kamala Harrislə Donald Trampı səhv salıb.

Poliqon.info