Daha üç demokrat Baydeni yarışı tərk etməyə çağırıb

Vaşinqtonda NATO sammitindən sonra ABŞ prezidenti Co Baydenin mətbuat konfransından dərhal sonra daha üç demokrat dövlət başçısını prezidentlik yarışından imtina etməyə çağırıb...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

“Tədbir başa çatdıqdan bir neçə dəqiqə sonra ən azı üç Nümayəndələr Palatasının Demokrat üzvü Baydeni namizəd kimi geri çəkilməyə çağırıb”, deyə NYT yazır.

Bununla belə nəşr qeyd edir ki, Baydenin mətbuat konfransındakı ümumi performansı Trampla debatdan daha sabit idi, lakin noyabr ayına qədər Baydenin hər bir ictimai çıxışı “sağlamlıq sübutu üçün yoxlanılacaq.

Xatırladaq ki, ABŞ prezidenti Co Baydenin NATO sammitində çıxışı və tədbirdən sonra keçirilən mətbuat konfransında yol verdiyi səhvləri onun əqli qabiliyyətləri ilə bağlı ictimai narahatlığı daha da artırıb.

Poliqon.info