Rusiya XİN Qərbin Ermənistandakı missiyasından narahatlığını bildirib

Qaluzin: Rusiya Aİ-nin Ermənistandakı missiyasının daimi ola biləcəyindən narahatdır...

Rusiya Ermənistandakı müvəqqəti Avropa missiyasının daimi missiyaya çevrilməsi perspektivindən narahatdır.

Poliqon xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti” Agentliyinə müsahibəsində bildirib.

“Biz həmçinin narahatıq ki, İrəvanın təsdiqi ilə missiya nəinki genişlənir, həm də müvəqqətidən daimi missiyaya keçmək təhlükəsi yaradır”, deyə Qaluzin vurğulayıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Avropa İttifaqının mülki missiyası daha iki il Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət etmək üçün qala bilər.

Paşinyan bu müşahidə missiyasını “çox vacib” adlandırıb və qeyd edib ki, missiya Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı obyektiv məlumat verir.

Poliqon.info