Ağ Ev Baydenin xəstəliyini illər boyu gizlədib

ABŞ prezidenti Co Baydenin köməkçiləri dövlət başçısının idrak qabiliyyətinin aşağı düşməsini illər boyu ictimaiyyətdən gizlədiblər...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti mənbəyə əsasən məlumat yayıb.

“Ağ Evin əməkdaşları prezident Co Baydenin koqnitiv tənəzzülünü dünyadan gizlətmək üçün illərdir ki, hesablanmış plan həyata keçiriblər”, deyə mənbə nəşrə bildirib.

Qəzet yazır ki, köməkçilər jurnalistlərin Ağ Evə girişini məhdudlaşdırıb, və Baydenin zəifləyən intellektual qabiliyyətlərini gizlətmək üçün onu ictimai yerlərdə fiziki olaraq mühasirəyə alıblar.

Qəzetin mənbəsi bildirib ki, prezidentin süqutunun qarşısını almaq üçün strategiyalar hazırlamaq tapşırığı ilə bir heyət yaradılıb.

Qeyd edək ki, Baydenin NATO sammitində çıxışı və tədbirdən sonra keçirilən mətbuat konfransında etdiyi səhvlər yenidən onun əqli qabiliyyətləri ilə bağlı ictimai narahatlığı artırıb.

Poliqon.info