2024-cü ilin birinci yarısında Rusiya ilə Çin arasında ticarətin həcmi artıb

Çin gömrüyü: Yanvar-iyun aylarında Moskva ilə Pekin arasında ticarət dövriyyəsi 116,9 milyard dollar təşkil edib...

2024-cü ilin yanvar-iyun aylarında Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% artıb.

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.

Açıqlamada qeyd edilir ki, ilin ilk 6 ayında Moskva ilə Pekin arasında ticarət dövriyyəsi 116,9 milyard dollara çatıb, eyni zamanda Çinə ümumilikdə 65,2 milyard dollarlıq Rusiya malları ixrac edilib ki, bu da əvvəlki illə müqayisədə 3,9% çoxdur. Çin mallarının Rusiyaya tədarük həcmi isə öz növbəsində 0,8% azalaraq 51,7 milyard dollar təşkil edib.

Agentliyin məlumatına görə, bütün ötən il ərzində Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 240,11 milyard dollar təşkil edib, 2022-ci ildə bu rəqəm 26,3 faiz az olub. 2022-ci ildə Moskva və Pekin qarşılıqlı olaraq 190 milyard dollar dəyərində mal ixrac edib.

Poliqon.info