Avstraliyada Rusiyalı cütlük casusluqda şübhəli bilinərək saxlanılıb

Avstraliyada polis Rusiyaya casusluq etməkdə şübhəli bilinən evli cütlüyü saxlayıb...

Poliqon xəbər verir ki, bu barədə yerli ABC telekanalı məlumat yayıb. Saxlanılanların Avstraliya vətəndaşlığı var, lakin onların hər ikisi Rusiyada doğulublar. Cütlüyü 15 ilə qədər həbs gözləyir.

Telekanalın məlumatına görə, saxlanılanlar 40 yaşlı Kira Koroleva və 62 yaşlı İqor Korolevdir. Cütlüyün Rusiya pasportu var və hər ikisi 10 ildən çox ölkədə yaşadıqları üçün Avstraliya vətəndaşlığını alıblar. Qadın bir neçə il Avstraliya ordusunda informasiya texnologiyaları üzrə mütəxəssis kimi xidmət edib və məxfi məlumatlara çıxışı olub.

Müstəntiqlərin fikrincə, xanım Koroleva uzunmüddətli məzuniyyətdə olarkən Rusiyaya bəyan edilməmiş səfər edib. O, Rusiyada olarkən ərindən Brisbendəki evindən rəsmi iş hesabına daxil olmasını istəyib. İddialara görə, qadının əri məxfi materiallara çıxış əldə edib və məlumatları sonradan Rusiya orqanlarına ötürmək üçün həyat yoldaşına göndərib.

Cütlük bu gün, iyulun 12-də Brisbendə məhkəmə qarşısına çıxacaq.

Poliqon.info