Bayden Putini yenidən qatil adlandırıb

Bayden NATO sammitindən sonra keçirilən mətbuat konfransında Putini təhqir etməyə çalışıb...

Poliqon xəbər verir ki, Vaşinqtonda NATO sammitindən sonra keçirilən mətbuat konfransında ABŞ prezidenti Co Bayden yenidən Rusiya lideri Vladimir Putin haqqında təhqiramiz ifadələr işlədib.

“NATO-nun vaxtının bitdiyini düşünənlər Putinin Ukraynaya hücumu zamanı yuxudan çox pis oyandılar. Avropanın ən dərin və ən qədim qorxuları yenidən həyata qayıtdı. Çünki ağlını itirmiş qatil yenidən yürüşdə çıxıb”, deyə ABŞ prezidenti Putini növbəti dəfə qatil adlandlrlb..

Qeyd edək ki, Bayden Putinlə bağlı sərt dil istifadə etməkdən çəkinmir. Prezidentlik müddətində o, artıq dəfələrlə Rusiya lideri haqda “diktator” “qatil” və “cinayətkar” ifadələri işlədib.

Putin Baydenin bu cür hücumlarına “bu sözləri deyən özü dediklərinə layiqdir” cavabını verib.

Bu ilin fevralında Putin deyib ki, Bayden Rusiya üçün Trampdan çox ABŞ prezidenti kimi üstünlük təşkil edir, çünki Bayden daha təcrübəli və proqnozlaşdırıla bilən biridir.

Piloqon.info