Ərdoğan: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq...

Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq və regionda sülh hökm sürəcək...

Poliqon xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçirilən NATO sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

Ərdoğanın sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti bu istiqamətdə müsbət addımlar atır və sülh sazişinin imzalanması mümkündür.

Poliqon.info