Türkiyə ŞƏT-ə tamhüquqlu üzv olmaq istəyir

Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olmaq niyyətində olduğunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib...

Poliqon xəbər verir ki, bu barədə Ərdoğan NATO-nun Vaşinqtonda keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında danışıb. Türkiyə prezidenti ŞƏT-ə daxil olmaq üçün gözlənilən tarixi açıqlamayıb.

“Hazırda ŞƏT-də müşahidəçi statusuna malik olan Türkiyənin məqsədi təşkilata tamhüquqlu üzv olmaqdır. Biz Şanxay beşliyinə qoşulmaq istəyirik”, deyə Ərdoğan mətbuat konfrsında qeyd edib.

Qeyd edək ki, Türkiyə prezidenti iyulun 3-4-də Astanada keçirilən ŞƏT sammitində iştirak edib. Tədbir çərçivəsində o, Rusiya prezidenti Vladimir Putinlə görüşüb və onu Türkiyəyə dəvət edib. Rəcəb Tayyib Ərdoğan sammitdən sonra Rusiya və Çinlə ŞƏT çərçivəsində əlaqələri inkişaf etdirmək niyyətində olduğunu açıqlayıb.

Poliqon.info