Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb
Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində qeydı alınıb.
Yolu keçən 1974-cü il təvəllüdlü Gözəlova Vəfa Nəcməddin qızını avtomobil vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info