Bakıda COP29 çərçivəsində Parlament iclası keçiriləcək

Bakıda noyabrda baş tutacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlament iclası keçiriləcək.

“Report”un məlumatına görə, bunu VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqda BRİCS ölkələrinin Parlament Forumunda çıxış edərkən deyib.

Parlamentləri iqlim böhranının həlli yollarının tapılmasında fəal olmağa səsləyən S.Qafarova vurğulayıb ki, bu görüş parlamentarilər üçün fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə həll yollarının tapılması üçün əlverişli fürsət olacaq, həmçinin bu sahədə çoxtərəfli fəaliyyətin həyata keçirilməsinə parlament töhfəsini verəcək.

Sahibə Qafarova tədbir iştirakçılarını parlament iclasına dəvət edib.

Poliqon.info