Fransada məşhur katedralda yanğın - Video

Fransada məşhur Ruan katedralında yanğın baş verib...

“Qafqazinfo” “Le Figaro”ya istinadən xəbər verir ki, hadisə katedralın qüllələrindən birində qeydə alınıb. 

İlkin məlumata görə, yanğına restavrasiya işləri zamanı ehtiyatsızlıq səbəb olub. 

Hazırda yanğının davam etdiyi bildirilib. Tələfat barədə məlumat verilməyib.

Poliqon.info