Sabah Xətai və Suraxanıda qaz olmayacaq

Sabah Bakının Xətai və Suraxanı rayonlarının qaz təchizatında fasilə yaranacaq...

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM" yüksək təzyiqli magistral qaz kəmərinin 10,0-cu km-də dayaqlar üzərinə qaldırılması ilə bağlı iyulun 12-də saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Xətai rayonu üzrə M. Müşfiq, M. Davud, Qvardiya və Azadlıq küçələrinin, Suraxanı rayonu üzrə isə Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Poliqon.info