Ələt-Astara yolunda maşın yandı

Ələt-Astara yolu ilə hərəkət edən avtomobil qəfil yanmağa başlayıb...

“Qafqazinfo”nun məlumatına görə, hadisə magistralın 24-cü kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan “Ford Fusion” markalı minik avtomobili ön hissəsindən alışıb. 

Hadisə yerinə polis və FHN əməkdaşları cəlb edilib. Avtomobildə olan şəxslərdən xəsarət alan olmayıb.

Yanğın yanğından mühafizə xidməti əməkdaşları tərəfindən söndürülüb.

Poliqon.info