İrəvanla Bakı arasındakı sülh sazişini müzakirə etdilər

Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və Almaniyanın xarici işlər naziri Annalena Berbok arasında görüş keçirilib...

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Blinken öz “X” hesabında paylaşıb. 

Tərəflər NATO sammiti çərçivəsində baş tutan danışıqlar zamanı bir sıra məsələ ilə yanaşı, Azərbaycanla Ermənistan arasında sülh sazişini də müzakirə ediblər:

“Ukraynaya dəstək, Qəzzada atəşkəsin təmin edilməsi və Ermənistanla Azərbaycan arasında sülh sazişindəki irəliləyişi müzakirə etmək üçün Almaniyanın XİN rəhbəri Annalena Berbokla görüşdüm”.

Poliqon.info