UEFA reytinqi : Azərbaycan bir pillə geriləyib

Ölkələrin UEFA reytinq cədvəlində dəyişiklik olub...

Məlumata görə, yeni avrokuboklar mövsümün ikinci oyun günündən sonrakı siyahıda bəzi dəyişikliklər olub.

Buna I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Çempionlar Liqasının 8, Konfrans Liqasının 2 matçının keçirilməsi səbəb olub.

Bu, Azərbaycanın da mövqeyinə təsir edib. Belə ki, "Slovan Bratislava" klubu rəqibi "Struqa"nı 4:2 hesabı ilə məğlub edərək Slovakiyanın xal ehtiyatını 16.875-ə yüksəldib ki, ölkə bununla 25-ci pilləyə yüksəlib.

Ölkəmiz reytinq sıralamasında 16,750 xalla 26-cı pilləyə enib. Türkiyə 33.600 xalla doqquzuncu sıradakı yerini qoruyur. Rusiya 18.299 xalla 22-ci, Ermənistan isə 8,000 xalla 40-cıdır.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir - 89,160 xal.

Poliqon.info