Xocalı şəhidinin oğlu: 32 illik atasızlıq həsrəti bitdi

32 illik həsrətdən sonra atamı dəfn etdik, ailəmizin gözü aydın olsun...

Bunu “Report”un Qarabağ bürosuna açıqlamasında iyulun 11-də qalıqları dəfn olunan Xocalı şəhidi Zakir Usubovun oğlu Elmir Usubov deyib.

O, şəhid atasının nəşinin 32 ildən sonra dəfn edilməsinin ailələri üçün böyük təskinlik olduğunu bildirib:

“Xocalı soyqırımı baş verəndə, mənim cəmi bir yaşım vardı. Bacım isə Xocalının işğalından bir neçə ay sonra dünyaya gəlib. Atamı tam xatırlamıram.

Bu gün atamın tabutunu çiynimdə daşıyaraq dəfn elədim. Deyə bilərəm ki, bütün ailəmizin gözü aydın olsun. Atamla heç vaxt şəklim olmayıb, indi onun məzarı ilə ilk şəklimi çəkdirdim”.

Poliqon.info