Bidzina İvanişvilinin sərvəti açıqlanıb

Bloomberg Billioniares Index-in məlumatına görə, gürcü iş adamı, hakim "Gürcü Arzusu" Partiyasının qurucusu və Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvilinin sərvəti bir ildə 700 milyon dollar artıb...

Poliqon xəbər verir ki, beləliklə, İvanişvili dünyanın 500 ən varlı adamı arasında 369-cu yerə yüksəlib.

Bloomberg 2013-cü ildən gürcü siyasətçi və milyarderin aktivlərini qiymətləndirir. Əvvəlcə İvanişvilinin kapitalı 6,33 milyard dollar, 2020-ci ildə 4,95 milyard dollar (ən aşağı göstərici) olaraq qiymətləndirilib.

Kommersant yazır ki, Bidzina İvanişvili 2011-ci ilə qədər siyasətə atılmaq qərarına gələnə qədər Rusiyada bir sıra uğurlu müəssisələrə, o cümlədən Rusiya Kredit Bankına sahib olub. O, 2011-ci ilin oktyabrında siyasi karyerasını elan etdikdən və 2012-ci ilin oktyabrında keçirilən seçkilərdə qalib gələn, prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasını devirən o vaxtkı müxalif Gürcü Arzusu Partiyasını qurduqdan sonra Rusiyadakı bütün aktivlərini ("Qazprom"dakı payından başqa) satıb.

Poliqon.info