Meksikada bir kilsə cənnətdə torpaq satışına başlayıb: Kvadratmetri 100 dollara

Meksikadakı "Entoms" kilsəsi cənnətdə bir kvadratmetri üçün 100 dollardan torpaq satışına başladığını elan edib. Onlar bildiriblər ki, cənnətdə torpaq alışı zamanı kredit kartı və mobil ödənişləri də qəbul edirlər...

Bu barədə kilsənin sosial şəbəkə hesablarında məlumat verilib.

Paylaşımda buludlar arasında müqəddəs ev və qızıl nərdivandan yeni cənnət evlərinə dırmaşan ailəni göstərən ətraflı bir illüstrasiya təsvir olunub.

Broşürdə kilsənin "PayPal", "Google Pay", "Visa", "Mastercard" və "American Express" kimi müxtəlif ödəniş üsullarını qəbul etdiyi və çevik ödəniş planları təklif etdiyi bildirilir.

Yerli daşınmaz əmlak influenserlərindən biri "cənnət torpaqları"nın milyonlarla dollarlıq hissəsinin artıq satıldığını iddia edib.

Qeyd edək ki, "Entoms" kilsəsi Tanrıdan icazə aldığını iddia edən keşiş tərəfindən idarə olunur.

Yeri gəlmişkən, keşişlərin "cənnət mülkləri" satmaq cəhdləri yeni deyil. 2018-ci ildə zimbabveli keşiş 533 dollara "cənnətə bilet" satdığı üçün həbs edilib. Oxşar şəkildə, keçən il uqandalı keşiş bir çox izləyicisini mülklərini, torpaq və heyvanlarını satmağa inandıraraq "cənnət evləri"ni maliyyələşdirmələrini təmin edib.

Poliqon.info