İngiltərə millisi Avropa çempionatlarında yeni rekorda imza atıb

Futbol üzrə İngiltərə millisi Avropa çempionatları tarixində yeni rekorda imza atıb...

"Report" "Opta"ya istinadən xəbər verir ki, britaniyalılar buna yarımfinal mərhələsində Niderlanda qalib gəlməklə (2:1) nail olublar.

Qaret Sautqeytin rəhbərlik etdiyi kollektiv həm 1/4 final, həm də yarımfinal matçında məğlub durumda olmasına baxmayaraq, geridönüş edərək finala yüksələn ilk komanda olub.

Qeyd edək ki, İngiltərə millisi iyulun 14-də reallaşacaq final matçında İspaniya ilə üz-üzə gələcək.

Poliqon.info