ATƏT/DTİHB Аzərbaycanda parlament seçkiləri üçün iştirakçı ölkələrdən 300-dən çox müşahidəçi istəyib     

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) iştirakçı ölkələrdən Azərbaycanda növbədənkənar parlament seçkiləri üçün 300-dən çox müşahidəçi istəyib...

“Report”a bu barədə diplomatik mənbələrdən bildirilib.

Məlumata görə, uzunmüddətli missiyası üçün 30, qısamüddətli missiya üçün 280 müşahidəçi istənilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Poliqon.info