NATO şərq cinahını gücləndirməyi planlaşdırır

NATO sammitinin yekun bəyannaməsi: İttifaq Finlandiya və İsveçin köməyi ilə şərq cinahını gücləndirəcək...

NATO Finlandiya və İsveçin alyansa daxil olmasından istifadə edərək, şərq cinahında müdafiəni gücləndirəcək.

Poliqon xəbər verir ki, bu barədə Vaşinqtonda keçirilən alyansın sammitinin yekun bəyannaməsində deyilir.

Sənəddə eyd edilir ki, blokun üzvləri NATO-nun şərq cinahında döyüşə hazır qüvvələr yerləşdirib, irəli müdafiə xətlərini gücləndirib və təhdid altında olan müttəfiqlərinə operativ şəkildə yardım göstərmək imkanlarını artırıblar.

NATO üzvləri bildiriblər ki, onların blok üçün yeni müdafiə planları var və bu planlar bloku daha güclü edir.

“Şimali Atlantika Müqaviləsi Təşkilatının üzvləri bütün sahələrdə müttəfiqlərini lazımi yüksək hazırlıqlı qüvvələrlə təmin etmək və Finlandiya və İsveçin üzvlükdən və alyansa gətirdikləri imkanlardan tam istifadə edərək, onları planlarımıza tam inteqrasiya etmək, qüvvələr və komandanlıq strukturları, o cümlədən NATO-nun Finlandiyada mövcudluğunu inkişaf etdirəcək”, deyə bəyanatda vurğulanır.

Poliqon.info