Tramp Avropa ilə kəşfiyyat mübadiləsini kəsə bilər

Tramp noyabr seçkilərində qalib gələrsə, NATO üzvləri ilə ABŞ kəşfiyyat məlumatlarının mübadiləsini azalda bilər...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evə qayıdacağı təqdirdə, Ukraynaya münaqişədə kömək edəcək məlumat üçün Vaşinqtondan asılı olan NATO üzvləri ilə kəşfiyyat məlumatlarının mübadiləsini azaltmağı düşünür.

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbələr qəzetə bildiriblər ki, onlar bu təklifi Tramp müşavirləri ilə ABŞ-ın NATO-dakı iştirakını azaltmaq üçün daha geniş planlar barədə müzakirələr zamanı öyrəniblər. Hesabatda qeyd olunur ki, keçmiş prezident ilk səlahiyyət müddətində dəfələrlə alyansı sarsıtmağa cəhd edib.

Politico vurğulayır ki, kəşfiyyat məlumatlarının miqdarının azaldılması xüsusilə Ukrayna üçün ciddi təhlükəsizlik nəticələri yarada bilər.

Nəşrin məlumatına görə, bu mövzu NATO-nun Vaşinqtonda keçirilən sammitində müzakirə olunub.

Poliqon.info