NATO liderləri Baydenin ABŞ prezidenti olmağa uyğun olduğuna əmin deyillər

Bremmer: NATO sammiti iştirakçıları Baydenin sağlamlığından narahatdırlar...

ABŞ prezidenti Co Baydenin səhhətinin vəziyyəti NATO-nun Vaşinqtonda keçirilən sammitində iştirak edənləri çox narahat edir.

Poliqon xəbər verir ki, bu barədə MSNBC telekanalına müsahibəsində “Eurasia Group” analitik mərkəzinin prezidenti Yan Bremmer danışıb.

Bremmer, sammit iştirakçılarından Baydenin daha dörd ay ərzində seçki kampaniyasını effektiv şəkildə apara bilməyəcəyi fikrini eşitdiyini və bunun fonunda bir daha dörd il də prezident olmaqdan danışmağın yersiz olduğunu bildirib.

Analitikin sözlərinə görə, sammitdə iştirak edən ölkələrin liderləri ilə ünsiyyətdən belə nəticəyə gəlib ki, onlar Baydenin koqnitiv qabiliyyətlərinin azalması səbəbindən onun yenidən seçilmək şansını real hesab etmirlər.

“Problem xüsusilə aktualdır, çünki Birləşmiş Ştatlar ənənəvi olaraq NATO-da kritik rol oynayır və Baydenin rəqibi Donald Tramp ABŞ-ın alyansdakı rolunu məhdudlaşdırmağın tərəfdarıdır”, deyə ekspert bildirib.

Poliqon.info