İnsan Haqları üzrə İşçi Qrupun fəaliyyəti bərpa edildi

Avqustun 12-də Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışandan sonra bəyanat yayıb bildirmişdi ki, İnsan Haqları üzrə İşçi Qrup yenidən təşkil ediləcək və bu quruma Avropa Şurasının nümayəndəsi daxil olacaq.
Bu gün həmin məsələ ilə bağlı toplantı keçirilib və artıq İnsan Haqları üzrə İşçi Qrup 5 ildən sonra öz fəaliyyətini bərpa edib. Hazırda musavat.com İşçi Qrupun bərpası ilə bağlı geniş material hazırlayır. Bir qədər sonra həmin material oxucuların diqqətinə çatdırılacaq.Xatırladaq ki, 2005-2008-ci illərdə İnsan Haqları üzrə İşçi Qrupu fəaliyyət göstərib. Qrupda hökumət, parlament nümayəndələri və hüquq müdafiəçiləri təmsil olunub.(musavat.com)