Rusiya Ukrayna üzrə ikinci sülh sammitində iştirak etməyəcək

İkinci sülh sammitinin Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulur...

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva Ukrayna və onun müttəfiqləri tərəfindən hazırlanmaqda olan ikinci beynəlxalq sülh sammitində iştirak etməyəcək.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, Rusiya XİN sammitin ultimatum ritorikasını və Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı digər təşəbbüslərə məhəl qoymadığı üçün sülh konfransını çıxılmaz nöqtə hesab edir.

“Biz Kiyev rejiminin və onun Qərb kuratorlarının bu ilin iyun ayının ortalarında İsveçrənin Bürgenstok şəhərində baş tutmayan sülh sammitinə oxşar tədbir keçirmək niyyətlərini bilirik”, deyə Qaluzin bildirib. Onun sözlərinə görə, Rusiya Ukrayna prezidenti Vladimir Zelenskinin düsturunda təklif olunan “ultimatumları qəbul etmir”.

Diplomat qeyd edib ki, sammitin konkret yeri hələ müəyyən edilməyib, lakin coğrafiyanın əhəmiyyəti yoxdur, məzmun daha vacibdir.

Məlum olub ki, növbəti sammit Səudiyyə Ərəbistanında keçirilə bilər.

Poliqon.info