Çin NATO bəyannaməsində təhdid kimi qeyd olunmasını qəbuledilməz hesab edib

ÇXR NATO sənədlərində ölkəsinin “təhdid” kimi qeyd edilməsinə qarşıdır və alyansı əsassız ittihamları dayandırmağa çağırır...

Poliqon xəbər verir ki, bu barədə Çinin Vaşinqtondakı səfirliyi bəyanat verib. Səfir Çinin Rusiya-Ukrayna münaqişəsinin təşəbbüskarı və ya tərəfdaşı olmadığını vurğulayıb.

““Çin təhlükəsi” adlandırılan tezisləri şişirtmək tamamilə faydasızdır. NATO ölkələrinin regional qaynar nöqtələrin problemlərindən Çini ləkələmək və yeni “soyuq müharibə”ni qızışdırmaq üçün istifadə etməsinə qəti şəkildə qarşı çıxır”, deyə səfirlikdən bildiriblər.

Diplomatik xidmət qeyd edib ki, Rusiya ilə Çin arasında ticarət bazar qaydalarına və Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə uyğundur və buna görə də tənqid yersizdir.

“Çin münaqişə tərəflərinə silah vermir və ikili təyinatlı malların ixracına ciddi nəzarət edir ki, bu da beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır”, deyə səfirlik vurğulayıb.

Qeyd edək ki, NATO sammitinin yekununda verilən bəyanatda deyilir ki, Rusiya və Çin arasında strateji tərəfdaşlıq, eləcə də onların beynəlxalq nizamı pozmaq cəhdləri dərin narahatlıq doğurur. Bəyanatda bildirilir ki, Çin Rusiya müdafiə sənayesini dəstəkləyir və Rusiyanın qonşuları üçün yaratdığı təhlükəni artırır. Həmçinin NATO Çini Rusiyaya dəstəyi, o cümlədən ikili təyinatlı malların tədarükünü dayandırmağa çağırıb.

Poliqon.info