Baydenin kampaniyası üçün donorların "fəlakətli" çatışmazlığı ortaya çıxıb

Donorlar ianələrini kəsməyə hazırlaşarkən ABŞ prezidenti Co Baydenin kampaniyası üçün vəsait çatışmazlığı riski ilə üzləşib...

Poliqon xəbər verir ki. bu barədə NBC telakanalı və Financial Times nəşri mənbələrə istinadən məlumat yayıblar. Qeyd edilir ki, Demokrat Partiyasının donorları Baydenin Donald Trampla debatda uğursuz çıxışından sonra seçkiləri uduzacağından qorxurlar. KİV-lərin mənbələri vəsaitlərlə bağlı vəziyyəti fəlakətli adlandırırlar. Eyni zamanda, seçki qərargahının mətbuat xidməti bu məlumatı təkzib edib.

NBC-nin iki mənbəsi bildirib ki, ən böyük donorların mövqeyinə görə maliyyə bu ay yarıdan çox azala bilər. “Sponsorlar Baydenə qarşı mənfi münasibət bəsləyirlər. Onların prezidentlə telefon danışığı olub. Bu danışıq insanlara o qədər qeyri-təbii görünüb ki, onların buna inandığını düşünmürəm”, deyə telekanalın həmsöhbəti bildirib.

Onilliklər ərzində Demokratik kampaniyanı maliyyələşdirən FT mənbəsi Co Baydenin kampaniyasından alınan pulların demək olar ki, quruduğunu söyləyib. Eyni zamanda, bir çox donorlar artıq ianə verməkdən imtina edirlər. Bir fandreyzer FT-yə “artıq pul yığmaq həqiqətən çətindir”, deyib.

Eyni zamanda, Co Baydenin qərargahı jurnalistlərə bildirib ki, debatdan qısa müddət sonra seçki kampaniyası üçün 38 milyon dollar toplaya biliblər.

“İyul ayının ilk yeddi günü kampaniya ayı üçün ən yaxşı başlanğıc idi. Və bir çox donorlar ilk dəfə olaraq vəsait bağışladılar”, deyə NBC-yə qərargahın mətbuat xidmətindən bildiriblər.

Poliqon.info