Azərbaycan Özbəkistanla iqtisadi əlaqələri gücləndirməyi müzakirə edib

Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin gücləndirilməsi ilə bağlı növbəti addımlar müzakirə edilib...

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib

"Özbəkistanın investisiya, sənaye və ticarət naziri, həmkarım Ləziz Kudratovla Buxarada yenidən görüşmək xoş oldu. Müzakirələrimiz Azərbaycan və Özbəkistan iqtisadi işbirliyinin pozitiv nəticələrini və onun möhkəmləndirilməsilə bağlı növbəti addımları əhatə edib", - deyə o qeyd edib.

Poliqon.info