Bayramov-Mirzoyan-Blinken görüşü... - Sülh yolunda irəliləyiş gözlənilir?

Ceyhun Bayramov NATO sammitində iştirak üçün Vaşinqtonda səfərdədir...

Siyasi-şərhçi: “Azərbaycan 44 günlük Vətən Müharibəsində ərazi bütövlüyünü öz ordusunun gücü və qəhrəmanlığı ilə bərpa etdi, diplomatik massada da qalib gələcək, sülh müqaviləsini öz istədiyi şəkildə imzalayacaq”.

“Sülh məsələsinə gəlincə, bu proses elə bir mərhələyə çatıb ki, hər görüş sənədə imza atılmağa doğru gedən yolda ancaq müsbət dividendlər verir”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO sammitində iştirak üçün Vaşinqtonda səfərdədir. Bu səfər çərçivəsində Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş olacağı barədə məlumat yayılıb.

ABŞ-ın sülh sazişinin tezliklər imzalanması üçün israr etməsini nəzərə alarsaq, bu görüşdə Azərbaycan-Ermənistan sülh perspektivlərində irəliləyiş gözləmək olarmı?

Azərbaycan-Ermənistan sülh perspektivləri Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Proseslərin uzanması Ermənistanın vaxt qazanmaqdan o tərəfə bir anlama gəlmir. Buna da imkan vermək olmaz”.

İstənilən halda, bu görüş baş tutarsa, sülh müqaviləsi ətrafında bir sıra məsələlərin müzakirə olunacağını düşünən ekspert qeyd edib ki, belə görüşlər intensivləşməlidir. Bu ilin sonuna qədər nəhayət sülh müqaviləsi əldə olunmalıdır:

“Öncəliklə onu qeyd edək ki, Ceyhun Bayramovun NATO-nun 75 illik yubiley sammitində iştirak etmək üçün Amerikaya səfər etməsi Azərbaycan tərəfinin çox doğru bir qərarı idi. Rusiya tərəfindən günlər öncə Azərbaycanın bu tədbirdə iştirak edəcəyi barədə narahat doğuran bəzi açıqlamaların səsləndirilməsi, eləcə də, dünən Putinin mətbuat katibi Peskovun sammiti yaxından izləyəcəkləri barədə narahatlıq doğuran fikirlər səsləndirməsi təsadüfi deyildi. Amma rəsmi Bakı bir daha dünyaya bəyan etdi ki, balanslı siyasətinə sadiqdir. Bunu artıq AĞ Ev və Kreml sarayında birdəfəlik qəbul etməlidirlər.

Sülh məsələsinə gəlincə, bu proses elə bir mərhələyə çatıb ki, hər görüş sənədə imza atılmağa doğru gedən yolda ancaq müsbət dividendlər verir. Amma indiki vaxtda qardaş Türkiyə istisna, tərəflər bu sülh müqaviləsinin əldə olunmasını istəmirlər. Bunun ömrünün bir qədər də uzanmasında istəklidirlər. Nə edirsə, Azərbaycan öz gücünə və nüfuzuna görə edir. Amma istənilən halda, bu görüş baş tutarsa, sülh müqaviləsi ətrafında bir sıra məsələlər müzakirə olunacaq. Belə görüşlər hesab edirəm ki, intensivləşməlidir. Bu ilin sonuna qədər nəhayət sülh müqaviləsi əldə olunmalıdır.

Cavanşir Abbaslı: “İndiki vaxtda qardaş Türkiyə istisna, tərəflər bu sülhün əldə olunmasını istəmirlər”.

Proseslərin uzanması Ermənistanın vaxt qazanmaqdan o tərəfə bir anlama gəlmir. Buna da imkan vermək olmaz.

Rusiya da, təbii ki, ən çox da Fransa və digər beynəlxalq güclər bu sülh müqaviləsinin imzalanmasını istəmirlər. ABŞ-a gəlincə isə məhz prezident seçkilərində əlavə dividend qazanmaq üçün Ağ Ev sülh sazişinin bağlanmasını istəyir. Əgər sülh sazişi seçkidən sonraya qalarsa, Vaşinqton yenə də sülhün əngəllənməsi üçün təxribatçı bəyanatlar səsləndirməyə başlayacaq.

Üzdə bəzi ölkələr guya İrəvanın sülhdı maraqlı olması ilə bağlı görüntülər yaradırlar. Ancaq bu görüntülər heç də sımimi deyil. israr etmək görüntüsü yaradırlar. Amma bu ustək və görüntü heç də səmimi deyil.

Bütün bunlara baxmayaraq, mən əminəm ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində ərazi bütövlüyünü öz ordusunun gücü və qəhrəmanlığı ilə bərpa etdi, diplomatik massada da qalib gələcək, sülh müqaviləsini öz istədiyi şəkildə imzalayacaq. Buna heç kəs qətiyyən şübhə etməsin”.

Nərminə UMUDLU Poliqon.info