Rusiya ordusunun Kiyevə hücumları nəticəsində ölənlərin sayı 34-ə çatıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə iyulun 8-də hücumları nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb...

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukraina” Kiyev şəhər Hərbi Administrasiyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Xatırladaq ki, Prezidenti Volodimir Zelenski Ukraynada raket hücumları nəticəsində 38 nəfərin öldüyünü, 190 nəfərin yaralandığını bildirib.

Qeyd edək ki, iyulun 8-də Rusiya Silahlı Qüvvələri Ukraynanın müxtəlif şəhərlərinə - Kiyev, Dnepr, Krivoy Roq, Slavyansk, Kramatorsk şəhərlərinə hücum edib.

Poliqon.info