Zelenski ABŞ-da keçiriləcək seçkilərə görə narahatdır

Ukrayna lideri Voladimir Zelenski ABŞ-da keçiriləcək seçkilərin Qərbin Kiyevə dəstəyini davam etdirməsinə mane ola biləcəyindən narahatlığını ifadə edib...

Poliqon xəbər verir ki, bu barədə Sky News yazıb.

"Zelenski NATO sammitinin açılışından dünya liderlərini yardımı sürətləndirməyə çağırmaq üçün istifadə etdi. Ukrayna lideri ola bilsin ki, Donald Tramp noyabrda seçilərsə, ABŞ-ın yardım göstərmək istəyinin dəyişə biləcəyini nəzərə alıb", deyə qəzet qeyd edib.

Materialda deyilir ki, Zelenskinin Vaşinqtona səfəri hərbi yardımı artırmağa çağırdığı bir sıra səfərlərin sonuncusu olub.

Sky News yazır ki, NATO sammiti davam etdikcə, o, Amerikanın təlatümlü siyasi mühitində naviqasiya etməli olacaq, çünki Co Bayden ABŞ-a rəhbərlik etmək qabiliyyəti ilə bağlı narahatlıqlar fonunda dünya səhnəsində gücünü nümayiş etdirməyə çalışır.

NATO liderlərinin görüşü iyulun 9-dan 11-dək Vaşinqtonda keçirilir. Tədbir alyansın yaradılmasının 75 illiyinə həsr olunub. Görüşün əsas mövzularından biri Ukraynaya davamlı dəstək olub. Eyni zamanda, gözlənildiyi kimi, Ukrayna rəhbərliyinin, o cümlədən ölkə lideri Volodimir Zelenskinin oxşar tələblərinə baxmayaraq, Kiyev bir daha bloka dəvət almayacaq.

Poliqon.info