Fransız general NATO-nun yeni baş katibini Stoltenberqin klonu adlandırıb

Oktyabrda NATO-nun baş katibi postunda Yens Stoltenberqi əvəz edəcək Niderlandın keçmiş baş naziri Mark Rutte sələfinin klonudur. Avropa ondan yaxşı heç nə gözləməməlidir...

Poliqon xəbər verir ki, bunu xarici və müdafiə siyasəti sahəsində fransız eksperti, istefada olan general Dominik Delavard deyib.

Delavardın sözlərinə görə, Ruttenin təyinatı digər NATO baş katibləri kimi ABŞ tərəfindən edilib. Həm ABŞ-da, həm də Avropa İttifaqında formalaşmış neokonservativ ideologiyaya uyğun hesab edildiyi üçün seçilib.

General həmçinin hesab edir ki, Rutte dövründə NATO-nun Rusiya və Çinlə bağlı siyasəti dəyişməyəcək. Blokun rəhbərliyi "şahin və rusofob" olaraq qalacaq.

NATO üzvü olan ölkələrin səfirləri iyunun sonunda Rutteni təşkilatın növbəti baş katibi vəzifəsinə təsdiq ediblər. Siyasətçi 10 ilə yaxındır ki, vəzifəsini icra edən Yens Stoltenberqi əvəz edəcək. Blok başqa namizədlə razılaşa bilmədiyi üçün onun mandatı bir neçə dəfə uzadılıb.

Stoltenberq varisi Mark Rutteni güclü lider və "əsl transatlantik" kimi xarakterizə edib və onun Alyansa rəhbərlik etməsini səmimiyyətlə alqışladığını deyib.

İyulun 9-11-də Vaşinqtonda NATO-nun növbəti sammiti keçirilir. Bu görüş Stoltenberqin sonuncu görüşü olacaq.

Poliqon.info