Hindistanda avtobusun qəzaya uğrayıb, 18 nəfər ölüb

Hindistanın Uttar Pradeş ştatında iri sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 18 nəfər ölüb...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb.

Məlumata görə, Dehliyə gedən avtobus Unnao rayonunda süd konteynerinə çırpılıb. Ümumilikdə avtobusda 50 nəfər olub.

“Bu gün saat 05:15 radələrində Biharın Motihari şəhərindən hərəkət edən şəxsi avtobus süd tankeri ilə toqquşub. Qəza nəticəsində 18 nəfər ölüb, 19 nəfər yaralanıb. İlkin araşdırmalar avtobusun sürət həddini aşdığını göstərir”, deyə yerli administrasiyanın nümayəndəsi Qaurang Rathi jurnalistlərə bildirib.

Poliqon.info